Röya yenidən Hacı Nuranla görüşdü: "Uşaq kimi..."

sou
29-09-2015, 15:32 1041
Röya yenidən Hacı Nuranla görüşdü: "Uşaq kimi..." Müğənni Röya Ayxan ötən gün Bakıya qayıdan tanınmış aparıcı Hacı Nuran Hüseynovla görüşüb. Röya bu barədə “instagram” səhifəsində yazıb: “Canım Nuran gəldi. Bakı gözəldir. Hara getsən də, vətəninə dönəndə uşaq kimi uçursan”.
Xatırladaq ki, H.Nuran Almaniyada müalicə olunan zaman da R.Ayxan ona baş çəkmişdi.
Qeyd edək ki, H.Nuran Almaniyanın Düsseldorf şəhərində yerləşən klinikada xərçəng xəstəliyindən müalicə olunur. Hazırda Bakıda olan aparıcı yaxın günlərdə yenidən Almaniyaya qayıdacaq.