Azərbaycan neftinin qiymətində dəyişiklik

iqtisadiyyat
29-09-2015, 12:08 995
Azərbaycan neftinin qiymətində dəyişiklik 2016-cı ildə neft hasilatında artımı xüsusilə İran, İraq və Səudiyyə Ərəbistanı təmin edəcək.
Sentyabrın 29-na olan məlumata əsasən, bu gün neftin qiyməti aşağı düşüb.
Londonun İCE ("İnterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti 0,76 dollar ucuzlaşaraq 47,35 dollar olub.
Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Light" markalı neftin bir barrelinin qiyməti isə ötən günlə müqayisədə təxminən 2 faiz ucuzlaşaraq 44,42 dollara enib.
Dünya bazarında Azərbaycan neftinin qiymətində də ucuzlaşma müahidə edilib. Belə ki, London birjasında "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti 0,81 dollar düşüb və 48,94 dollar təşkil edib.
Neftin sentyabrın 29-na olan qiyməti
Enerji məsələləri üzrə ekspertlər neftin qiymətinin hasilata təsir edəcəyini bildiriblər. Onların fikrincə, gələn il neft hasilatında artımı xüsusilə İran, İraq və Səudiyyə Ərəbistanı təmin edəcək.
Amerikanın "Morgan Stanley" bankının mütəxəssisləri bu il OPEC (Neft İxrac Edən Ölkələr Birliyi) ölkələrində neft hasilatının sutkada 1 milyon barrelə (b/s), bu quruma daxil olmayan ölkələrdə isə sutkada 1,1 barrelə (b/s) çatacağını ehtimal edirlər.
Lakin 2016-cı ildə neft ixrac edən ölkələrdə hasilat 1,1 milyon b/s-ə qədər artacaq. OPEC-ə daxil olmayan ölkələrdə isə, əksinə, hasilat 0,4 milyon b/s azalacaq. Mütəxəssislərin fikrincə, ən böyük azalma ABŞ-ın payına düşəcək.