Səhiyyə sistemində çalışan 52 şəxs cəzalandı

sehiyye
28-09-2015, 13:24 902
Səhiyyə sistemində çalışan 52 şəxs cəzalandı “Araşdırmadan sonra bunun yanlış olduğu üzə çıxır”.
2015-ci ildə “Qaynar xətt” və “Elektron Səhiyyə” xidmətlərinə 28 mindən artıq müraciət daxil olub.
Bu barədə Realfakt.Az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Müraciətlərin yalnız 13 faizini səhiyyə müəssisələrinin bu və ya digər əməkdaşının göstərdiyi xidmət səviyyəsindən şikayət təşkil edib:
“Vətəndaş müraciətləri əsasında aparılmış yoxlamalar nəticəsində 2015-ci ildə səhiyyə sistemində çalışan 52 şəxs barədə qəti məsuliyyət tədbirləri görülüb".
Qeyd olunub ki, “Qaynar xətt” xidmətinə müxtəlif səpkidə müraciətlər daxil olur:
“Misal üçün, həkim resepti əsasında yazılmış istənilən dərman preparatının imtiyazlı qruplara daxil olduğunu bildirilir. Araşdırmadan sonra bunun yanlış olduğu üzə çıxır. Belə olan halda vətəndaşa dövlət tərəfindən təsdiq olunmuş və Səhiyyə Nazirliyinin rəsmi internet saytında yerləşdirilmiş müvafiq siyahı barədə zəruri məlumat verilir. Yaxud da “Qaynar xətt” xidmətinə müraciət edib aptek müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) üçün sənədlər toplusunu soruşurlar. Bəzən də sadəcə olaraq “Qaynar xətt”ə zəng edib təşəkkürlərini bildirirlər.
“Qaynar xətt” və “Elektron Səhiyyə” xidmətlərinə müalicə məqsədi ilə xarici dövlətlərə müəyyən vəsait sərf edib səfər etmiş daha sonra uğursuz nəticələrlə müraciət edənlərdə az deyil. Bu hallarda fəsadlaşma baş verməsinə baxmayaraq, “Qaynar xətt” xidmətinin əməkdaşları müraciət edən şəxsləri Səhiyyə Nazirliyinin baş mütəxəssisləri ilə əlaqələndirir, zəruri müalicənin təyin olunmasını təmin edirlər”.
Məlumatda o da qeyd olunub ki, əvvəlki illərlə müqayisədə xaricdə müalicə üçün müraciətlərin sayı xeyli azalıb.