"Mən də istəyərdim ideal burnum olsun"

sou
28-09-2015, 12:55 868
"Mən də istəyərdim ideal burnum olsun" Əməkdar artist Lalə Məmmədova plastik əməliyyatdan danışıb.
Realfakt.az-ın məlumatına görə, müğənni “Onlar”a açıqlamasında heç vaxt estetik müdaxilələr etdirməyəcəyini deyib:
“Heç bir plastik əməliyyat keçirməmişəm. Mən də istəyərdim ideal burnum olsun. Amma Allah məni belə yaradıb. Ağır pəhriz saxlamıram. Amma yeyib-içdiyimə fikir verirəm. Əvvəlki kimi arıq da olmaq istəmirəm. 35 yaşdan sonra qadının üzünə nur gəlir. Buna müdaxilə etmək istəmirəm. Çalışmıram ki, gənc vaxtlarımdakı kimi olum. 37 yaşım var, bu cürəm, nəyi dəyişim? Ana olduqdan sonra uşağı kənara atıb, bədən formasını qoruyan qadınları anlamıram. Mənim üçün bədən ölçüsü önəmli deyil, əsas övladımın sağlamlığıdır".
Qeyd edək ki, L.Məmmədovanın Nərgiz və Çinarə adlı iki qızı var.