Qardaşını itirən müğənni göz yaşları içində danışdı

sou
28-09-2015, 11:09 898
Qardaşını itirən müğənni göz yaşları içində danışdı “Kim deyir ki, kişilər ağlamaz, boş söhbətdir”.
Müğənni Kərim Abbasov dünyasını dəyişən qardaşı haqqında ilk dəfə “Onlar”da danışıb.
Realfakt.Az xəbər verir ki, ifaçı göz yaşları içində bunları söyləyib:
“Allah, düşmənə belə qardaş, əzizinin acısını qismət etməsin. Qardaşımı itirəndə mən faciə yaşadım, ölümlərdən qayıtdım. Artıq 8 ildir yoxdur. 4 dost bir avtomobildə qəzaya düşdü, hamısı dünyasını dəyişdi. Kim deyir ki, kişilər ağlamaz, boş söhbətdir. Ürək boşalmalıdır”.