» » Bayramla bağlı reydlər keçirlib


Bayramla bağlı reydlər keçirlib

27-09-2015, 13:28
Oxunub: 485
Çap et
Bayramla bağlı reydlər keçirlib Reydə Bakı Şəhər İcra Hakimiyyəti də qoşulub
Qurban bayramı ilə əlaqədar ət kəsimi məntəqələrində reydlər aparılır.
Reydlər sadəcə yarmarkalarda deyil, həmçinin müvəqqəti kəsim məntəqələrində və fərdi satış məntəqələrində də aparılıb.
Reyd zamanı icazə verilməmiş yerlərdə qanunsuz heyvan kəsimləri aşkarlanıb. Həmçinin yol kənarlarında aparılan kəsimlərin qalıqları, antisanitar vəziyyətə də rast gəlindi.
Dövlət Baytarlıq İdarəsinin rəsmisi aparılan reydlər zamanı belə halların qarşısının alınması istiqamətində ayrı-ayrı şəxslər haqqında ciddi inzibati tədbirlər görüləcəyini söylədi. Reydlər zamanı həmçinin bəzi ərazilərdə dezinfeksiya işləri də həyata keçirildi.
Bayram günləri davam etdiyindən yoxlama işləri də bu günlər ərzində mütəmadi aparılacaq. Qanunsuz kəsimlə məşğul olan, baytarlıq-sanitariya qaydalarını pozan şəxslər haqqında ciddi inzibati tədbirlər, cərimə sanksiyaları tətbiq olunacaq
Dövlət Baytarlıq İdarəsinin apardığı reydlərə Bakı Şəhər İcra Hakimiyyəti də qoşulub. Baş tutan yoxlamalar zamaı dezinfeksiya işləri aparılmaqla yanaşı həm də tullantılar da küçələrdən təmizlənib.
Reytinq: