“Qarabağ” yeni stadionunda ilk xalını qazandı

idman
27-09-2015, 13:17 980
“Qarabağ” yeni stadionunda ilk xalını qazandı Qurban Qurbanovun yetirmələri məğlubiyyətdən son dəqiqələrdə xilas olublar.
Topaz Premyer Liqasının 6-cı turunun növbəti 2 oyunu keçirilib.
Realfakt.Az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında “Qarabağ” yeni stadionunda “Neftçi”ni qəbul edib.
Gərgin və maraqlı keçən qarşılaşmada komandalar hərəyə bir dəfə fərqləniblər. Hesabı oyunun 61-ci dəqiqəsində qonaqlar açıb. Flaqmanın heyətində Erik Ramos fərqlənib.
“Qarabağ”ı məğlubiyyətdən hakimin əlavə etdiyi dəqiqələrdə Riçard Almeyda qurtarıb. Braziliyalı yarımmüdafiəçi 11-metrlik zərbəni dəqiq yerinə yetirərək oyunda bərabərliyi bərpa edib.