"Mənə yazırlar ki, lovğa, özündənrazısan"

sou
26-09-2015, 21:30 1147
"Mənə yazırlar ki, lovğa, özündənrazısan" ANS-in aparıcısı Elnarə Təhməzova sosial şəbəkədən istifadə etməməsinin səbəbini açıqlayıb.
Realfakt.az-ın məlumatına görə, o, "İncə maraqlar" verilişində təkcə "Facebook"da qeydiyyatdan keçdiyini bildirib:
"Onu da işlə əlaqədar saxlamışam. Əvvəl elə bilirdim ki, kim dostluq atırsa, qəbul etməliyəm. Görməmişlik edirdim, bilmirdim nə idi. Hər yazana cavab verirdim. Daha sonra fəsadları çıxırdı. Kiminsə salamına cavab vermirdimsə, yazırdılar ki, "lovğasan, özündən razı qızsan". Başladım lazım olmayan insanları silməyə. İnstaqramı da bağladım. Hansısa oteldə olanda izləyicilərlə bölüşürdüm. Bunu da xəbər edirdilər. İnsanlarda sosial şəbəkədə paylaşılanların altından tənqidlər yazırdılar. "Periscope"dan isə istifadə etmirəm".