Hacıbala Abutalıbov polisə müraciət etdi

maraqli
26-09-2015, 21:25 1062
Hacıbala Abutalıbov polisə müraciət etdi 34-cü bölməyə.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ağaclarının qanunsuz kəsilməsi ilə bağlı polisə müraciət edib.
Realfakt.Az musavat.com-a istinadən xəbər verir ki, BŞİH Xətai rayonu ərazisində ağacların qanunsuz olaraq kəsilməsi ilə bağlı rayonun 34-cü polis bölməsinə müraciət edib.
Hacıbala Abutalıbovun rəhbərlik etdiyi icra hakimiyyəti müraciətində Babək prospekti 15-də yerləşəq yaşıllıq zolağında qanunsuz olaraq 6 şam ağacının kəsilməsi və yerində qazıntı işlərinin aparılması barədə polisə məlumat verib.
Polis əməkdaşları ərazidə aparılan işləri dayandırıb.