"Qızım mənə qadağa qoyub"

sou
26-09-2015, 11:38 1123
"Qızım mənə qadağa qoyub" Rəqqasə Fatimə Fətəliyeva "ChatBox" kanalında "FaceTime" verilişinin qonağı olub.
Sənətçi özünə rəqib görmədiyini deyib:
"Kimsə məni Göyçək, kimsə gözəl, kimsə də Fatya kimi təqdim edir. Mən isə özümə "Universal Fatimə" deyərdim. Rəqqasə kimi rəqibim yoxdur. Bəlkə də pis səslənir, amma düzünü deyirəm. Son vaxtlar mahnı da oxuyuram. Özümə müğənni demirəm. Amma bu da məndə alındı. Bu yaxınlarda böyük sənətkarımız Ceyran Haşımova mənə zəng edib dedi ki, "Sən bir çox müğənnilərdən yaxşı oxuyursan. Niyə oxumaqdan utanırsan ki". Eyni zamanda da mən iş xanımıyam, gözəllik salonum var".
F.Fətəliyeva qızı Aydanın ona qoyduğu qadağadan da bəhs edib:
"Müasir rəqsləri də gözəl oynayıram. Mənim 20 yaşında qızım var. O, bu cür rəqsləri cəmiyyət içində nümayiş etdirməyimi istəmir. Hətta hind rəqslərini oynamağıma da qadağa qoyub. Deyir, ancaq ağır, milli rəqslər oyna. Mən də onun arzusuyla hərəkət etməyə çalışıram".