Yasamalda yaşayış binası yandı

hadise
26-09-2015, 11:12 510
Yasamalda yaşayış binası yandı Sakinlər təxliyyə edilib.
Bakıda yanğın hadisəsi qeydə alınıb.
Realfakt.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən vətəndaşa məxsus sahəsi 10 kv.m olan otağın içərisinə yığılmış şirniyyat qutuları 5 kv.m sahədə və 0.5 p.m elektrik kabeli yanıb.
Yanğın zamanı 5-ci mərtəbə mənzildən 3 nəfər sakin təxliyə olunub.
Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.