Məhkəmə Neymarın 47,4 milyon dollarına həbs qoydu

idman
26-09-2015, 11:09 978
Məhkəmə Neymarın 47,4 milyon dollarına həbs qoydu Həbs əmlak və nəqliyyat vasitələrinə də şamil edilib.
Braziliya məhkəməsi futbolçunu “Barselona”ya keçiddən sonra vergidən yayınmaqda ittiham edir və buna görə də, 188,8 milyon Braziliya realından (47 milyon dollar) ibarət vəsaitinə həbs qoyub.
Realfakt.Az xəbər verir ki, bu barədə Reuter bildirib.
Neymar 2011-ci ildən 2013-cü ilə qədər vergi orqanlarına 63,3 milyon real ödəməyib.
Hakim Karlos Muta bildirib ki, futbolçu xaricdəki gəlir mənbəyini gizlədib. Qeydə alınmamış gəlir mənbəyi kimi “Barselona” futbol klubu göstərilir. Braziliyalı bu kluba 2013-cü ilin iyununda yetirməsi olduğu “Santos” klubundan keçib.
Xəbər verildiyi kimi, həbs 23 yaşlı braziliyalıya məxsus əmlak və nəqliyyat vasitələrinə də şamil edilib, bu, oyunçunun aktivlərini satmağının qarşısını almaq üçün görülmüş tədbirdir. Qeyd edilir ki, Neymar əvvəlki kimi bank hesablarına və digər aktivlərinə girişə sahibdir.
Həbs qoyulmuş aktivlər Neymar və atasının sahib olduqları üç şirkətə məxsusdur. Neymarın aktivləri ümumilikdə 244,2 milyon Braziliya realı məbləğində dəyərləndirilir.