Dövlət Avtomobil Nəqliyyatı Xidməti Şəmkirdə reyd keçirdi

sosial
25-09-2015, 13:58 1025
Dövlət Avtomobil Nəqliyyatı Xidməti Şəmkirdə reyd keçirdi Reydlər davam etdiriləcək.
Azərbaycan Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən paytaxtda və regionlarda qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı keçirilən reydlər davam etdirilir.
Azərbaycan Nəqliyyat Nazirliyindən verilən məlumata görə, sentyabrın 23-də DANX-ın Şəmkir Regional şöbəsi tərəfindən Şəmkir rayonunda qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcıların qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.
Yoxlamalar nəticəsində lisenziyasız fəaliyyət göstərərək, vergi ödəməkdən yayınan sürücülərə qarşı inzibati qaydada protokol tərtib edilib.
Sərnişindaşıma qaydalarını pozan, qeyri-qanuni fəaliyyət göstərən sürücülər cərimə olunub.
Qanunsuz fəaliyyəti göstərən sürücülərə qarşı reydlər bundan sonra da davam etdiriləcək.