Məkkədə faciə: 717 ölü - YENİLƏNİB

dunya
24-09-2015, 23:48 1106
Məkkədə faciə: 717 ölü - YENİLƏNİB 805 nəfər yaralanıb.
Məkkədə - Mina dağında bu gün baş verən izdihamda ölənlərin sayı 717-ə çatıb.
Realfakt.Az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının Vətəndaş Müdafiəsi Nazirliyinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, son məlumatlarda yaralananların sayının isə 805 olduğu bildirilir.
16:41
Məkkədə - Mina dağında bu gün baş verən izdihamda ölənlərin sayı 453-ə çatıb.
Realfakt.Az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının Vətəndaş Müdafiəsi Nazirliyinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, son məlumatlarda yaralananların sayının isə 719 olduğu bildirilir.
Hadisə yerində dörd mindən çox xilasedici işləyir.
15:09
Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı yaranan qarışıqlıq nəticəsində ölənlərin sayı artır.
Realfakt.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı mülki müdafiə qurumu ölənlərin sayının 310-a yüksəldiyini açıqlayıb. Yaralıların sayının 450 nəfər olduğu bildirilir.
Faciənin zəvvarların Minada şeytan daşladığı zonaya gedən iki ana yoldan birində baş verdiyi xəbər verilir. Bəzi iddialara görə, yollardan yalnız biri açıq olub.
Olay yerinə çoxlu sayda ambulans və xilasetmə qrupları göndərilib.
14:20
Məkkədə - Mina dağında yaranan izdiham nəticəsində 220 nəfər ölüb, 450 nəfər isə xəsarət alıb. Ölən və yaralananların milli mənsubiyyəti barədə hələlik məlumat verilmir.
Realfakt.Az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Trend-ə bildirib ki, hazırda zəvvarlarımızla əlaqə yaratmağa çalışılır. Hazırda təqribən 2600 zəvvarımız Mina dağındadır.
İdarə rəsmisinin sözlərinə görə, hazırda bütün zəvvarlar Mina dağındadırlar. Onlar 3 gün ərzində burada şeytana daş atmalıdırlar.
14:01
Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı faciə baş verib.
Realfakt.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Mina dağında yaranan qarışıqlıq nəticəsində azı 150 nəfər ölüb, 390 nəfər yaralanıb. Məlumatı Səudiyyə Ərəbistanının dövlət televiziyası yayıb.
Hələlik hadisənin səbəbləri bəlli deyil.
Xatırladaq ki, sentyabrın 11-də Məkkədə qaldırıcı kranın zəvvarların üzərinə düşməsi nəticəsində 107 nəfər ölüb.