» » Təhsil Nazirliyi: Müəllimlərin işə qəbulu üzrə tutulmayan 1570 vakant yer əlavə yerləşdirməyə çıxarılıb


Təhsil Nazirliyi: Müəllimlərin işə qəbulu üzrə tutulmayan 1570 vakant yer əlavə yerləşdirməyə çıxarılıb

13-08-2015, 16:15
Oxunub: 511
Çap et
Təhsil Nazirliyi: Müəllimlərin işə qəbulu üzrə tutulmayan 1570 vakant yer əlavə yerləşdirməyə çıxarılıb Müəllimlərin işə qəbulu üzrə müsabiqə nəticəsində tutulmayan 1570 vakant yer əlavə yerləşdirməyə çıxarılıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, test imtahanları nəticəsində keçid balını toplayıb vakant yer tuta bilməyən, eləcə də tutduğu vakant yerdən imtina etmiş namizədlərə 05-10 avqust tarixlərində həyata keçirilmiş əlavə yerləşdirmədə 8 vakant yer seçmək hüququ verilib.
Məlumatda o da qeyd olunub ki, əlavə yerləşdirmə nəticəsində vakant yer tutmuş namizədlərlə 12-14 avqust tarixlərində müsahibə keçirilir.
Qeyd edək ki, müəllimlərin işə qəbulu zamanı 1892 nəfərin işə qəbul olunmasına razılıq verilib.
Tutulan vakansiyalar daha çox Bakı şəhəri üzrə (345 yer), Cəlilabad rayonu üzrə (83 yer), Lerik rayonu üzrə (71 yer) olub. Daha çox vakant yerlər ibtidai sinif üzrə (335 yer), coğrafiya üzrə (206 yer), kimya üzrə (156 yer) tutulub. İşə qəbul olunmasına razılıq verilmiş müəllimlər sentyabrın 1-dən başlayaraq müvafiq məktəblərə sənədlərini təqdim edərək pedaqoji fəaliyyətə başlayacaqlar.
Reytinq: