Bergüzar Korelin 6 yaşlı oğlundan nümunəvi davranış

sou
24-09-2015, 11:59 928
Bergüzar Korelin 6 yaşlı oğlundan nümunəvi davranış Aktrisa Bergüzar Korel və aktyor Halit Ergençin oğlu anasının açdığı kafedə işləməyə başlayıb.
Realfakt.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, valideynləri kimi təvazökar olan Ali sosial problemlərə qarşı da həssasdır. O, kafedə işçilərə kömək edir. İngilis dilini yaxşı bilən 6 yaşlı oğlan turistlərlə söhbət edib onlara yol başa salır.
Ulduz ailənin oğlu eyni zamanda küçə heyvanları və sığınacaqlar üçün könüllü olaraq işləyib yardım toplayır.