"Qarabağ"ın Avropa Liqasındaki rəqibi məğlub oldu

idman
24-09-2015, 11:54 934
"Qarabağ"ın Avropa Liqasındaki rəqibi məğlub oldu Klubumuzun rəqibi "Arsenal"la bacarmadı.
Futbol üzrə İngiltərə Liqa Kubokunda 3-cü mərhələnin oyunları keçirilib.
ANS PRESS-in məlumatına görə ötən gecə 8 oyun baş tutub ki, bu oyunlarda ümumilikdə qapılara 28 qol vurulub. "Qarabağ" klubunun UEFA Avropa Liqasının qrup mərhləsindəki rəqibi "Tottenhem" klubu "Uayt Hart Leyn" meydanında "Arsenal" klubu ilə qarşılaşıb.
Adıçəkilən meydanda "Qarabağ"ı məğlub edən "Tottenhem" doğma divarlar arasında "topçulara" 1:2 hesabı ilə məğlub olub. Maraqlıdır ki, oyunda vurulan qolların hamısının müəllifləri "topçuların" futbolçuları olub. Beləki, matçın 26-cı dəqiqəsində Matyo Flamini adını tabloya yazdırmağı bacarıb, 56-cı dəqiqədə isə "topçuların" müdafiəçisi Kalum Çeymbers avtoqola imza ataraq oyunda "status-kvonu" bərpa edib.
78-ci dəqiqədə isə Matyo Flamini dubl edərək, "Arsenal"ın "Tottenhem" üzərində 2:1 hesablı qələbəsini rəsmiləşdirib. Beləliklə "Tottenhem" İngiltərə Liqa Kuboku ilə vidalaşıb.
"Tottenhem" UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində təmsilçimiz "Qarabağ"la qarşılaşıb. İngiltərədə baş tutan oyunda "Tottenhem" 3:1 hesabı ilə qalib gəlib.
İngiltərə Premyer Liqasında ( İPL) isə "Tottenhem" 6 oyun keçirib ki, bunlardan 2-də qələbə qazanıb, 1-də isə məğlub olub, 3 oyun isə heç-heçə ilə nəticələnib.