AZAL bir sıra reyslərə endirim etdi

gundem
23-09-2015, 10:49 1088
AZAL bir sıra reyslərə endirim etdi Qurban Bayramı ilə əlaqədar.
“Azərbaycan Hava Yolları” QSC (AZAL) qarşıdan gələn Qurban Bayramı ilə əlaqədar aviabiletlərə payız endirim kampaniyası həyata keçirəcək.
AZAL-dan verilən məlumata görə, xüsusi tariflər üzrə biletləri 2015-ci il sentyabrın 24-dən oktyabrın 10-dək AZAL-ın kassalarında və aviaşirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkün olacaq.
Sərnişinlər aviabiletləri sərfəli qiymətlə aşağıdakı istiqamətlər üzrə (uçuş tarixi 2015-ci il oktyabrın 11-dən 31-dək) əldə edə bilərlər:
Bakı-London-Bakı “gediş-dönüş” - cəmi 329 avro;
London-Bakı-London “gediş-dönüş” - cəmi 269 funt sterlinq;
Bakı-Milan-Bakı/Milan-Bakı-Milan “gediş-dönüş” - cəmi 329 avro;
Bakı-Roma-Bakı/ Roma-Bakı-Roma “gediş-dönüş” - cəmi 339 avro;
Bakı-Berlin-Bakı/Berlin-Bakı-Berlin “gediş-dönüş” - cəmi 319 avro;
Bakı-Paris-Bakı/Paris-Bakı-Paris “gediş-dönüş” - cəmi 359 avro;
Bakı-Nyu-York-Bakı “gediş-dönüş” - cəmi 499 avro;
Nyu-York-Bakı-Nyu-York “gediş-dönüş” - cəmi 559 ABŞ dolları;
Bakı-Praqa-Bakı “gediş-dönüş” - cəmi 329 avro;
Praqa- Bakı-Praqa “gediş-dönüş” - cəmi 379 ABŞ dolları;
Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün AZAL-ın Çağırış Mərkəzinə müraciət edə bilərsiniz: