Bakının bəzi küçələri təmir olundu

sosial
23-09-2015, 10:13 1090
Bakının bəzi küçələri təmir olundu 12 500 kvadrat metr ərazidə asfaltlanma işləri aparılıb.
Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, nəqliyyat naziri Ziya Məmmədovun nəzarəti altında, daha bir yol yüksək keyfiyyətlə təmir olunaraq tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Oxu.Az-a daxil olan məlumata görə, söhbət Binəqədi rayonu Atatürk prospektinin Səttar Bəhlulzadə küçəsinin kəsişməsindən Əcəmi Naxçıvani küçəsinin kəsişməsinədək hər iki istiqamət üzrə olan hissələrindən, Şövkət Məmmədova küçəsinin Əcəmi Naxçıvani küçəsinin kəsişməsindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsi və Əcəmi Naxçıvani küçəsinin Ağa Sadıq Gəraybəyli küçəsinin kəsişməsindən Atatürk prospektinin kəsişməsinədək olan hissəsilərindən gedir.
Burda hərəkət intensivliyi nəzərə alınaraq təmir işləri qısa müddət ərzində, yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən sözügedən küçələrin ümumilikdə 970 metrlik hissələrində təmir-tikinti işləri aparılıb. Bir-neçə küçənin kəsişmələri olan yolun hərəkət hissəsi və səkilər uzun müddət idi ki, təmir olunmadığı üçün sıradan çıxmış vəziyyətdə idi.
Təmir-tikinti işləri çərçivəsində köhnə asfalt-beton örtyünün üst qatı qaşınaraq ərazidən daşınıb. Yolun hərəkət hissəsi bəzi ərazilərdə genişləndirilib, ehtiyyacı olan yerlərdə yol yatağı bərkidilib və əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib.
Ümumilikdə burda 12 500 kvadrat metr ərazidə asfaltlanma işləri aparılıb.
Təmir işləri çərçivəsində 1500 paqon metr köhnə səki daşı yenisi ilə əvəzlənib, yol kənarları və piyada səkiləri asfalt-beton örtüyü döşənərək, abadlaşdırılıb. Şəxsən Nəqliyyat naziri və “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında aparılan təmir-tikinti işləri zamanı zəruri olan yerlərsə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulan yağış barmaqlıqları dəyişdirilıb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib.