Oqtay Əsədovun federasiyasında böhran

idman
13-08-2015, 15:28 996
Oqtay Əsədovun federasiyasında böhran Dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycan idmanının digər sahələrində olduğu kimi tennisdə də çətinliklər yaradıb. Sport7.az xəbər verir ki, bu idman növünün ölkəmizdə ciddi maraq doğurmaması da "yuxarılar"ın radikal qərarlar qəbul etməsinə təkan verib.
llər öncə böyük ümidlərlə Özbəkistandan Azərbaycana gətirilən, böyük paralar hesabına beynəlxalq turnirlərə göndərilən Kamilla Fərhadın da artır "raketka"nı buraxdığı, Fövqaladə Hallar Nazirliyində işə düzəldiyi haqda məlumatlar var. Kamilladan başqa Azərbaycanda üzə çıxarılası tennisçi isə demək olar ki, yoxdur.
Bir-neçə ildi Bakıda keçirilməsi ənənə halını almış "Baku Cup"un düzənlənməsi də xeyli xərc tələb edirdi. Amma indiyə qədər həmin turnirdə nə yerlilərdən kimsə uğur qazanıb, nə də bu bahalı turnir Azərbaycanda tennisin inkişafına təkan verib. Avqustun əvvəlində başa çatan "Baku Cup 2015"-də Rusiyanı təmsil edən erməni idmançı Marqarita Qasparyanın ümumilkdə 55 min 300 dolar mükafatla Bakını tərk etməsi isə acınacaqlı görüntü idi.
Bütün bunların fonunda "Baku Cup" turnirin ləğv olunması və beynəlxalq yarışların təqvimindən çıxarılması gözlənilməz olmadı. Artıq gələn ildən tennisçi qadınlar üçün həmin tarixdə Çinin Nançanq şəhərində oxşar yarış düzənləcəcək.
Xatırladaq ki, Azərbaycan Tennis Federasiyasının prezidenti Milli Məclisin sədri Oqtay Əsədovdu.