“Bavariya”nın oyunçusu doqquz dəqiqəyə beş qol vurdu

idman
23-09-2015, 10:01 976
“Bavariya”nın oyunçusu doqquz dəqiqəyə beş qol vurdu Oyun 5:1 hesabı ilə başa çatdı.
Almaniyanın “Bavariya” futbol klubunun polşalı forvardı Robert Levandovski doqquz dəqiqə ərzində “Volfsburqun” qapılarından beş qol keçirərək, ölkə çempionatında rekorda imza atıb.
Realfakt.Az xəbər verir ki, bu barədə “R-Sport” yazır.
Münhendə keçirilən matçda Levandovski meydançaya ikinci hissənin 46-cı dəqiqəsində çıxıb. O, qolları 51, 52, 55, 57 və 60-cı dəqiqələrdə vurub.
Futbolçu Bundesliqa tarixində əvəzləmədən sonra meydana çıxaraq beş qol vurmuş, həmçinin ən sürətli het-trik (4 dəqiqəyə) və pokerin (6 dəqiqəyə) oyunçu olub.
Oyun 5:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. “Volfsburq”un heyətində yeganə qolu 26-cı dəqiqədə Daniel Kalicuri vurub.