Türkiyədə iki nazir istefa verdi

dunya
22-09-2015, 22:21 919
Türkiyədə iki nazir istefa verdi Onlar hökümətin siyasətindən narazıdırlar.
Türkiyə Nazirlər Kabinetinin Xalqların Demokratiya Partiyasından (HDP) olan iki naziri — Avropa İttifaqı işləri üzrə nazir Əli Haydar Konca və inkişaf naziri Müslim Doğan ölkənin cənub-şərqində baş verən hadisələrə görə istefa veriblər.
Bu barədə sabiq nazirlərin bəyanatında deyilir.
“Hakim partiya (Ədalət və İnkişaf partiyası - AKP) və prezidentin siyasəti bizi türk-kürd münaqişəsinin qanlı illərinə qaytardı. Onların narazılığı səbəbindən seçkilərin nəticələri ləğv edildi və koalisiya hökümətinin yaradılması barədə danışıqlar dayandırıldı. Bu səbəblərdən biz Nazirlər Kabinetindəki işimizi dayandırırıq”, - Koncanın bu gün Ankarada mətbuat konfransında oxuduğu bəyanatda deyilir.
Qeyd edək ki, baş nazir Əhməd Davudoğlu nazirlərin istefa ərizisini qəbul edib.