"Məhəmməd" filminin Monreal Dünya Film Festivalında premyerası olacaq

medeniyyet
13-08-2015, 15:18 945
"Məhəmməd" filminin Monreal Dünya Film Festivalında premyerası olacaq İranlı rejissor və ssenarist Məcid Məcidinin Məhəmməd peyğəmbər haqda çəkdiyi "Məhəmməd" filminin avqustun 27-dən sentyabrın 7-dək keçiriləcək 36-cı Monreal Dünya Film Festivalında premyerası olacaq.
AZƏRTAC xəbər verir ki, festivala açılış filmi kimi seçilən bu ekran əsəri dünya kinosevərlərinin marağını Monreala yönəldib. Peyğəmbərin uşaqlıq həyatından bəhs edən film iranlı və türk kino mütəxəssisləri tərəfindən ekranlaşdırılıb. Filmin ümumi büdcəsi 30 milyon dollar hesablanıb.
Türkiyəli yazıçı İhsan Kabil filmdə bəzi yerlərdə animasiya və aksiyan səhnələrdən istifadə edildiyini bildirir. Filmdə peyğəmbərin yalnız arxadan çəkildiyini söyləyən yazıçı, gecə və gündüz səhnələrində Məkkə şəhərinin yer aldığını vurğulayıb.
Qeyd edək ki, filmin rejissoru Məcid Məcidi çəkdiyi bir sıra ekran əsərlərinə görə beynəlxalq festivalların laureatı olub.