"KamAZ" hamilə qadını öldürdü - FOTO

hadise
13-08-2015, 15:14 997
"KamAZ" hamilə qadını öldürdü - FOTO Göygöl rayonunda piyadanın vurulması ilə nəticələnən ağır yol-qəza hadisəsində xəsarət alan qadın xəstəxanada dünyasını dəyişib.
Milli.Az "Report"a istinadən xəbər verir ki, qəza zamanı xəsarət alan 21 yaşlı Aytac Abdullayeva Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilib. Bir gün müalicəsini davam etdirən qadın bu gün səhər saatlarında ölüb.
Xatırladaq ki, 1994-cü il təvəllüdlü Aytac Abdullayeva Göygöl rayonunu Yeni Qızılca kəndində yolu keçmək istəyərkən rayon sakini Binəli Tapışanovun idarə etdiyi "KamAZ" markalı avtomobil tərəfindən vurulub. Astara rayon sakini 21 yaşlı qadın yeni ailə həyatı qurub və dünyasını dəyişərkən 4 aylıq hamilə olub.
Şahidlərin bildirdiklərinə görə, mərhum yolu keçərkən qulaqcıq vasitəsilə musiqi dinləyrimiş və bu səbəbdən də sürətlə hərəkət edən yük avtomobolinin siqnalını eşitməyib.
Faktla bağlı Göygöl Rayon Prokuroroluğunda araşdırma aparılır.