"Suriya indi öz hayındadır..."

dunya
22-09-2015, 10:06 835
"Suriya indi öz hayındadır..." Netanyahu Putinlə görüşdə Suriya və İranla bağlı narahatlığını çatdırıb.
Israil baş naziri Benyamin Netanyahu iddia olunan potensial İran-Suriya hərbi təcavüzü ilə bağlı narahtlıqlarını ifadə etmək üçün Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Müzakirələr zamanı Netanyahu bildirib ki, bu məsələdə iki ölkənin mövqelərini aydınlaşdırmaq məqsədilə Rusiyaya səfər etməyi vacib sayıb. İsrail baş nazirinə görə, İran Suriya ordusunun dəstəyi ilə Holan Yüksəkliklərində İsrailə qarşı ikinci terror cəbhəsi yaratmağa çalışır.
“Yaranmış vəziyyətdə mövqelərimizi aydınlaşdırmaq və bizim qüvvələrlə sizin qüvvələr arasında hər hansı anlaşılmazlıqların olmaması üçün əlimdən gələni etmək üçün bura gəlməyi lazım bildim. Həm subyektiv, həm də hökümət başçısı kimi dövlət səviyyəsində bunu qeyd etmək istəyirəm ki, bizim dövlətlər arasında aparılmış bütün danışıqlar, istər razılaşdığımız, istərsə də fikir ayrılıqlarının olduğu vaxtlarda - hər zaman qarşılıqlı hörmət atmosferində keçib.” - deyə Benyamin Netanyahu bildirib.
Rusiya prezidenti Vladimir Putin isə öz növbəsində Netanyahunun narahatlığını yaxşı anladığını bildirərək, İsrailə qarşı Suriya və İranın qüvvələrini birləşdirməsi barədə iddiaların əsassız olduğuna əmin etməyə çalışıb:
“Rusiyanın Yaxın Şərqdə atdığı bütün addımlar çox məsuliyyətlidir və hər zaman da belə olacaq. Sərhəddəki atışmalar barədə danışmışkən, bundan xəbərdarıq, biz bu hücumları pisləyirik. Mən bildiyim qədəri, onlar İsrail ərazisini kustar üsulla hazırlanmış raketlərdən atəşə tuturlar. Suriya məsələsinə gəlincə, sizinlə anlayırıq ki, Suriya ordusu və ümumilikdə Suriya dövləti elə bir vəziyyətdədir ki, onlar “ikinci cəbhə” yaratmaq halında deyillər, hazırda onlar dövləti xilas etməyə çalışırlar”.
Görüşdə eyni zamanda Fələstin - İsrail sülh prosesinin vəziyyəti və qlobal terrora qarşı mübarizənin müzakirə olunduğu bildirilir.