Putinin addımları Netnayhanunu niyə qorxudur? – Təhlükəli SSENARİ reallaşa bilər

dunya
21-09-2015, 15:23 1060
Putinin addımları Netnayhanunu niyə qorxudur? – Təhlükəli SSENARİ reallaşa bilər Bu gün Moskvada Rusiya prezidenti Vladimir Putinlə İsrailin baş naziri Benyamin Netanyahu arasında görüş keçiriləcək.
Rusiya KİV-nn yaydığı məlumata görə İsrailin baş naziri qısa rəsmi səfərlə Moskvaya gəlir. Kreml mətbuat xidməti bəyan edib ki, liderlərin əsas müzakirə mövzusu Suriya münaqişəsinin həlli yolları olacaq. Həmçinin Putin və Netanyahu Rusiya-İsrail münasibətləri barədə də fikir mübadiləsi aparacaqlar. Modern.az saytı xəbər verir ki, İsrailin hökumət başçısının Kremlə təşrif buyurması ilə bağlı Rusiya mediası maraqlı iddia ortaya atıb. “RİA Novosti”nin yazdığına görə Netanyahu Rusiya silahlarının, hərbi texnikasının Suriyaya göndərilməsindən bərk narahatdır. Bununla yanaşı, Rusiya hərbçilərinin Bəşər Əsəd hökumətini müdafiə etmək üçün Suriyada olması da İsrail tərəfini həyəcanlandırır. Ən qorxulu ssenari isə Rusiya ordusu ilə İsrail ordusunun (TSAXAL) Suriya sərhədində üz-üzə gəlməsidir. Netanyahunu ən çox həyəcanlandıran da məhz bunun olduğu bildirilir. Suriya ordusundakı mənbələr “Pravda” portalına bildiriblər ki, artıq onlar Rusiya silahlarından istifadə etməyə başlayıblar. Qeyd edək ki, Suriya münaqişəsinə görə dünya siyasi arenasında ikiqütblülük yaranıb. ABŞ başda olmaqla Qərb, İsrail, Səudiyyə Ərəbistanı həmçinin Türkiyə Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən devrilməsində maraqlı olsalar da, Rusiya və İran tam əks mövqedədir. Suriya ordusuna İranla yanaşı, Rusiya da hərbi yardımlar etməkdə davam edir.