Qazax-Gürcüstan magistral yolunda qəza: Bir ailənin 3 üzvü öldü

hadise
21-09-2015, 12:14 1023
Qazax-Gürcüstan magistral yolunda qəza: Bir ailənin 3 üzvü öldü Faktla bağlı cinayət işi başlanıb.
Azərbaycanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Realfakt.Az xəbər verir ki, Bas Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Qazax-Gürcüstan magistral yolunun 285-ci kilometrliyində Şəmkir rayon sakini Rasim Həsənovun idarə etdiyi “KamAZ” markalı yük maşını Salyan rayon sakini Elnur Babayevin idarə etdiyi “BYD” markalı minik avtomobili ilə toqquşub.
Nəticədə minik maşınında olan sərnişinlər – Coşqun Babayev, Şamil Babayev və Ramin Babayev aldıqları xəsarətdən ölüblər. Sürücü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, hadisə zamanı dünyasını dəyişənlər bir ailənin üzvləridir.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.