“Neftçi” “Xəzər-Lənkəran”a qalib gələ bilmədi

idman
21-09-2015, 12:12 1046
“Neftçi” “Xəzər-Lənkəran”a qalib gələ bilmədi “Qarabağ” Gəncədə qaləbə qazandı.
Topaz Premyer-Liqasının 5-ci mərhələsinin daha iki matçı baş tutub.
“Kəpəz” Gəncədə “Qarabağ” ilə görüşüb və 2:3 hesabı ilə məğlub olub.
Qonaqlar iki qolu penaltidən vurublar – Coşqun Diniyev və Elvin Məmmədov fərqləniblər.
“Qarabağ”ın daha bir qolunu Samuel Amenteros vurub.
“Kəpəz”in heyətində Bəxtiyar Soltanov və Şəhriyar Rəhimov fərqləniblər.
Bakıda günün ikinci matçında “Neftçi” və “Xəzər-Lənkəran” görüşüb. Prinsipial rəqiblərin görüşü 1:1 hesabı ilə başa çatıb. 58-ci dəqiqədə Araz Abdullayev “Neftçi”ni önə çıxarıb, amma iki dəqiqə keçən kimi Rahid Əmirquliyev hesabda tarazlıq yaradıb. Bundan başqa, 56-cı dəqiqədə Adrian Skarlatake qonaqları azlıqda qoyub.
Xatırladaq ki, şənbə günü daha iki matç baş tutub: AZAL – “İnter” – 0:1. “Zirə” – “Rəvan” – 2:1. Bu gün saat 21:00-da mərhələnin son matçı “Qəbələ”-“Sumqayıt” arasında olacaq.
Turnirdəki cədvəlində vəziyyət:
1. “Qarabağ” - 13 xal (5 matç)
2. “İnter” - 10 (5)
3. “Zirə”- 9 (5)
4. “Neftçi”- 8 (5)
5. “Qəbələ” - 7 (4)
6. “Xəzər-Lənkəran”- 6 (5)
7. “Kəpəz” - 5 (5)
8. “Sumqayıt” - 3 (4)
9. “Rəvan” - 2 (5)
10. AZAL - 0 (5)