Xakerlər “App Store”a hücum etdi

dunya
21-09-2015, 12:06 810
Xakerlər “App Store”a hücum etdi Virus “iPhone” və “iPad” cihazlarına aid olan bir neçə proqramı sıradan çıxarıb.
“App Store” internet mağazasına irimiqyaslı kiber-hücum olub, bu barədə şirkət bildirib. Virus “iPhone” və “iPad” cihazlarına aid olan bir neçə proqramı sıradan çıxarıb.
Bundan başqa, kiber-cinayətkarlar “iOS” və “Mac apps” üçün əlavələrin yaradılmasında istifadə olunan “Xcode” proqramını dəyişdirməyi də bacarıblar,
Realfakt.Az İnterfaks-a istinadən xəbər verir.
Apple nümayəndəsi Kristina Monaqanın sözlərinə görə, “App Store”də saxta proqram təminatının köməyi ilə yaradılmış proqramlar artıq ləğv edilib.
Palo Alto Networks Inc Departamentinin direktoru Rayan Olson bəyan edib ki, zədələnmə məlumat axınına səbəb olub.
Onun sözlərinə görə, baş verənlər onu göstərir ki, “App Storе”da digər cinayətkarların da istifadə etmək istəyə biləcəkləri boşluq mövcuddur.
Yararsız “Xcode” proqramı Çin serverindən yüklənilib.