Cəlil Məmmədquluzadə:Sizi deyib gəlmişəm məqaləsi.Millətimizin və dilimizin adını oluğugu kimi deyir.

yazarlar
21-09-2015, 12:04 4643
Cəlil Məmmədquluzadə:Sizi deyib gəlmişəm məqaləsi.Millətimizin və dilimizin adını oluğugu kimi deyir. Sizi deyib gəlmişəm, ey mənim Müsəlman kardaşlarım. O kəsləii deyib gəlmişəm ki, mənim sohbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılma qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vâcib əməllərə. Çünki hükemâlar buyurublar: "Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər".
Ey mənim Müsəlman qardaşlarım. Zəmânə ki, məndən bir gülməli söz eşidib, ağzınızı göyə açıb ve gözlərinizi yumub, o qədər "ha-ha" edib güldünüz ki, az qaldı bağırsaqlarmız yırtılsın ve des-mal əvəzinə ətəklərinizlə üz-gözünüzü silib, "lənət şeytana" dediniz, vaxt elə gümân etməyin ki, Molla Nəsrəddinə gülürsünüz.
Ey mənim Müsəlman qardaşlarım. Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz aynanı qabağmıza ve diqqətlə baxınız camâlımıza.
Sözümü tamam etdim, ancaq bircə üzrüm var: məni gərək bağışlayasınız, ey mənim Türk qardaşlarım ki, mən sizlə Türkün açıq ana dili ilə danışıram. Mən onu bilirəm ki, Türk dili danışmaq eyibdir və şəxsin elminin azlığına dəlâlət edir. Amma hərdənbir keçmiş günləri yâd etmək lâzımdır; salınız yâdınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə Türk dilində lay-lay deyirdi və siz qulaq ağrısı səbəbinə sâkit olmurdunuz. Âxırı bîçârə ananız sizə deyirdi:
-Bala, ağlama, xortdan geler, seni aparar. -Və siz dəxi canınızın qorxusundan səsinizi kəsib, ağlamaqdan sâkit olurdunuz.
Hərdənbir ana dilini danışmaqla keçmişdəki gözəl günləri yâd etməyin nə eybi var?