» » Bakıda gənclər Novxanı çimərliyini zibillikdən təmizlədi


Bakıda gənclər Novxanı çimərliyini zibillikdən təmizlədi

21-09-2015, 10:28
Oxunub: 319
Çap et
Bakıda gənclər Novxanı çimərliyini zibillikdən təmizlədi 10 ton zibil yığılıb.
Bakıda Ümumdünya Təmizlik Aksiyası çərçivəsində “Let's Do It! Azerbaijan 2015” adı altında ölkə tarixinin ən böyük Xəzər sahilyanı təmizlik aksiyası baş tutub.
Aksiyada 450-yə qədər iştirakçı böyük miqyasda məişət tullantıları ilə çirklənmiş Binəqədi rayonunda yerləşən ictimai Novxanı çimərliyi zonasında təmizlik aksiyası keçirib.
Aksiya çərçivəsində Novxanı çimərliyi ərazisində toplanmış məişət tullantıları təmizlənərək, 10 tona qədər zibil yığılıb.
Layihədə iştirak edən insanlar layihənin köynəkləri, əlcəklər, zibil torbaları, sanitar və təmizlik ləvazimatları, su məhsulları, aksiya bitdikdən sonra isə sahil kənarı yerdə nahar yeməyi ilə təmin olundu.
Qeyd edək ki, aksiya Green Baku Ekoloji gənclər birliyi və Coca-cola şirkətinin birgə fəaliyyəti çərçivəsində həyata keçirilib. Layihə əsas partnyorlar - “ASAN xidmət”in Green ASAN təşəbbüsü, Binəqədi rayon İcra Hakimiyyəti və Bakcell tərəfindən dəstəklənir. Let’s Do It! 100-dən artıq ölkənin aktiv insanlarını tullantısız Təmiz Dünya arzusu altında birləşdirir. Bu proqram son illər ərzində 100 000 tondan artıq tullantı təmizləmiş, dünyada 13 milyona qədər könüllünü cəmləşdirən bəşəriyyətin ən böyük layihələrindən biridir.
Reytinq: