ABŞ-la Türkiyənin qəribə dialoqu və məhv edilən PKK cəbbəxanası

dunya
20-09-2015, 15:31 941
ABŞ-la Türkiyənin qəribə dialoqu və məhv edilən PKK cəbbəxanası Əməliyyatla bölgədə indiyə qədər müəyyən olunan PKK-nın ən böyük cəbbəxanası məhv edilib.
Türkiyə Hərbi Hava donanmasının sentyabrın 10-da PKK terror təşkilatına aid düşərgələrə qarşı keçirəcəyi hava əməliyyatını rəsmi Vaşinqton dayandırmağa çalışı Baş qərargah idarəsinin saytına istinadən verdiyi məlumata görə, ABŞ rəsmiləri, “O bölgədə bizə aid ünsürlər var. Dərhal hərəkatı dayandırın” – deyə Türkiyə Silahlı Qüvvələrinə (TSK) mesaj yollayıblar. TSK isə bu mesaja “ABŞ ünsürlərinin o bölgədə nə işi var? Ünsürlər çəkilsin, biz vuracağıq” – deyərək əməliyyata davam edib. Əməliyyat nəticəsində bölgədə indiyə qədər müəyyən olunan PKK-nın ən böyük cəbbəxanası məhv edilib.
Bildirilir ki, iyulun 24-də PKK terror təşkilatına qarşı TSK qırıcılarının başlatdığı əməliyyat çərçivəsində sentyabrın 10-da terror təşkilatının düşərgələrinə qarşı hərəkat planı hazırlanıb. Hərəkatdan bir müddət əvvəl Şimali İraqdakı koordinasiya mərkəzi vasitəsi ilə İraqın şimalındakı bəzi terror düşərgələrinə qarşı hava hərəkatı keçiriləcəyi bildirilib. Bundan sonra amerikalı zabitlər mərkəzdən təlimat aldıqlarını deyərək əməliyyatın dərhal dayandırılmasını tələb ediblər. Onlar buna, həmin bölgədə ünsürləri olduğunu səbəb göstəriblər.