Azərbaycan böyük təhlükə qarşısındadır

siyaset
20-09-2015, 09:31 1016
Azərbaycan böyük təhlükə qarşısındadır "Məmurlar və polislər son dərəcə diqqətli olmalıdır”.
Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
ANS PRESS-in məlumatına görə, noyabrın 1-də keçiriləcək Parlament seçkiləri ərəfəsində MSK sədri Məzahir Pənahov ciddi bəyanat səsləndirib. Sədr seçki zamanı yarana biləcək nöqsanlardan danışıb.
Onun sözlərinə görə, seçki öncəsi vəziyyəti qəsdən gərginləşdirmək istəyən qüvvələr var. Məzahir Pənahov komissiyanın iclasında bəzi namizədlərə qarşı aparılan kampaniya, nüfuza xələl gətirən, seçkini gözdən salan hərəkətlərdən də danışıb. Seçki zamanı yarana biləcək nöqsanlardan söz açarkən MSK sədri söyləyib ki, çatışmazlıqlar hər yerdə var.
MSK sədri Məzahir Pənahovun iştirakı ilə keçən iclasda qurumun 15, 25, 27 may tarixli iclaslarının protokolları təsdiqlənib. Daha sonra MSK sədr müavini Natiq Məmmədov Azərbaycan prezidentinin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”ına əsasən, aşağı seçki komissiya üzvlərinin maarifləndirilməsinin təşkilinə dair məlumat verib. N. Məmmədov bununla bağlı keçirilən tədbirlərdən danışıb. N. Məmmədovun təqdimatı səsə qoyularaq təsdiq olunub.
Hələlik, parlament seçkilərinə namizədlik üçün müraciət edənlərin sayı 1017 nəfərdir. MSK sədri Məzahir Pənahov bildirib ki, onların 506-sı siyasi partiyalar tərəfindən, 471 nəfərin namizədliyi isə fərdi qaydada irəli sürülüb. 19 nəfərin deputatlığa namizədliyi isə qeydə alınıb.
“İndiki mərhələdə dairələrdə,səsvermənin keçirilməsi vaxtı məntəqələrdə, kimisi bilərəkdən və ya bilməyərəkdən bəlkə də qəsdən hansısa xoşagəlməz hərəkət eləməsi bu seçkilərə müəyyən kölgə salmaq istiqamətində meyilli olan insanların əlinə əsas verir. Bu insanlara biz öz iradimizi bildiririk. O, əsası verənlərə də ciddi şəkildə fikrimizi bildirməliyik”,- deyə Pənahov qeyd edib.
“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əlimməmməd Nuriyev bu haqda fikirlərini bildirib: “ATƏT-in insan hüqüqlari demokratik təhtiqatlar institutu və eyni zamanda Avropa Parlamenti seçkilərin şəffaf demokratik keçirilməsinə çalışır. Avropa Parlamentinin seçkilərə müşahidəçi göndərməmək barədə çıxardığı qətnaməsi və seçkilərdə iştirak etməməsi beynalxalq qurumlarda bəzi xoşagəlməz rəylərin yaranmasına gətirib çıxara bilər. Məncə, Məzahir Pənahov bu gurumlara gedən şikayətlərin mənbəyinin Azərbaycanda olduğunu və ya bu qurumlara gedən informasiyaların Azərbaycanın daxilində olduğunu güman edir. Eyni zamanda, bəzi qüvvələr, bəzi insanlar çalışırlar kı, yaxud çalışa bilərlər ki, seçkilər zamanı bəzi xoşagəlməz halların yaranmasına şərait yaratsınlar. Məsələn, öyrədilmiş insanlar topa ilə bülütenlər ata bilər, eyni zamanda mübahisələr və ya konfliktlər yarada bilər. Bu zaman kiməsə qarşı zorakılığ tətbiq oluna bilər. Başqa bir təhlükəyə də diqqətli olmalıyıq. Regionda - Yaxın Şərqdə ciddi proseslər davam edir. İŞİD-in fəaliyyəti, orda vuruşanlar arasında azərbaycanlılar var. Onlar ölkəyə gəlib gedir, yəni bu da ciddi problemdir. Bir çox provakasiya halları baş verə bilər ki, biz bunlara qarşı hazırlıqlı olmalıyıq. Bunlar düşünülmüş şəkildə qəsdən edilə bilər ki, həmin qurumlara sonradan bunları göndərib Azərbaycanda seçkilərin necə bərbad keçirildiyini fakt kimi göstərsinlər. Məzahir Pənahovun açıqlamalarında məhz bu məqamlar nəzərə alınır. Seçki prosesi ciddi hadisədir, ölkənin imici ilə bağlı olan məsələdir. Bizim məmurlar diqqətli olmalı, belə halların yaranmasına imkan verməməlidir. Polis də son dərəcə diqqətli olmalıdır”.