"Fəxri ad alandan sonra əli belində gəzirlər"

sou
19-09-2015, 22:41 1066
"Fəxri ad alandan sonra əli belində gəzirlər" Xalq artisti Arif Babayev "5/5" verilişinin qonağı olub.
Realfakt.az-ın məlumatına görə, muğam ifaçısı fəxri ad alan müğənnilərə irad bildirib:
"Müğənnilər yaşamalı, yaratmalıdırlar. Bəziləri var ki, fəxri ad alandan sonra əli belində gəzirlər. Belə olmaz, çalışmalıdırlar. Səs Allah vergisidir, amma xalq üçündür. Oxuduğumuz mahnını da xalq üçün səsləndiririk. Dövlət bu adı verir ki, müğənni oxusun, çalışsın".