Azərbaycanda qəza: ölən və yaralananlar var

hadise
19-09-2015, 22:32 1069
Azərbaycanda qəza: ölən və yaralananlar var Qarşı qarşıya hərəkətdə olan iki minik avtomobil toqquşub.
Ağdam rayonu ərazisində ağır yol qəzası baş verib. ANS PRESS-in verdiyi məlumata görə rayonun Sarcalı kəndi ərazisində qarşı qarşıya hərəkətdə olan iki VAZ-2107 markalı avtomobil toqquşub.
Zərbə nəticəsində sürücülərdən biri - rayonun Çəmənli kənd sakini Faiq Pənahov sükan arxasındaca dünyasını dəyişib. Hər iki avtomobildə olan 5 nəfər - sürücü Ruslan Cəfərov, sərnişinlər 36 yaşlı Niyaməddin Həsənov, 35 yaşlı Səma Xəlilova, 33 yaşlı Xəyalə Abdullayev, 25 yaşlı Əkbər Qasımov ağır xəsarət alıb. Yaralılar əvvəlcə Ağdam MRX-na aparılsa da, vəziyyətləri ağır olduğundan təcili tibbi yardım maşınlarıyla Bərdəyə gətirilib.
Səma Xəlilovanın çənəsi çırılıb
Yaralılardan Ruslan Cəfərovun vəziyyətinin normal olduğu deyilir. Digərlərinin isə vəziyyəti ağırdır. Qəzada ölən sürücü Faiq Pənahovun taksi fəaliyyəti göstərirmiş. Hazırda faktla bağlı Ağdam royun polis şöbəsində araşdırma aparılır. Hadisənin baş vermə səbəbi də araşdırmalardan sonra məlum olacaq.