Stas Mixaylovun qızı “Sarı gəlin” mahnısına rəqs edir

sou
18-09-2015, 17:30 1063
Stas Mixaylovun qızı “Sarı gəlin” mahnısına rəqs edir Müğənni yenidən Bakıya gələcək.
Azərbaycan öz qonaqpərvərliyi ilə məşhurdur.
Oxu.Az xəbər verir ki, ötən il Stas Mixaylov ilk solo konserti üçün Azərbaycana gəldikdə, ona qızı üçün Azərbaycanın milli geyimi hədiyyə olunub.
Hədiyyənin Stas Mixaylovun atasının, yəni qızn babasının vətənindən gətirildiyinə çox sevinən qız, bu geyimdə “Sarı gəlin” mahnısının sədaları altında rəqs edib.
Xatırladaq ki, oktyabrın 1-də 20:00-da Heydər Əliyev adına sarayda Stas Mixaylovun konserti baş tutacaq.
Konsertin informasiya dəstəyi Oxu.Az İnformasiya Agentliyidir.