Bakıda yanğın: 20 sakin təxliyə olundu

hadise
18-09-2015, 17:29 952
Bakıda yanğın: 20 sakin təxliyə olundu FHN məlumat yaydı.
Bakıda binada yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 80 kv.m olan 2 otaqlı mənzildə baş verib.
Nəticədə mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 15 kv.m sahədə yanıb.
Yanğın zamanı binada yaşayan 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 22:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.