Böyük Müslim Maqomayevin bu gün ad günüdür

medeniyyet
18-09-2015, 17:15 1073
Böyük Müslim Maqomayevin bu gün ad günüdür Ömrünün sonuna qədər Azərbaycan torpağına sadiq qalıb.
Müslim Maqomayevin babası olan "böyük" Müslim Maqomayevin bu gün ad günüdür.
Azərbaycanın görkəmli musiqiçisi "böyük" Müslim Maqomayev 1885 ildə Rusiyanın Qroznı şəhərində anadan olub. Maqomayev orta təhsilini Qroznı şəhər məktəbində alıb və orada o, skripka da oynamağa başlayıb. Öz təhsilini
Zaqafqaziya Müəllimlər Seminariyasında davam etdirən Maqomayevın qrup yoldaşı məşhur bəstəkar Üzeyir Həcibəyov olub. Məhz, Qoridə, iki məşhur insanın dostluğu başlayıb və sonra həmin dostluq qohumluq əlaqəlarinə çevrilib.
"Böyük" Müslim Maqomayev
Maqomayev qoboyda ifanı mənimsəməkdən sonra, seminar orkestrının solisti olub və həmin orkestrda o, dirijor kimi çıxış edib. Həmin vaxt Muslim fəal Azərbaycan xalq musiqisini öyrənməyə başlayır. Seminariyanı bitirəndən sonra, Müslim Maqomayev Lənkəran şəhərinə təyinat alır və həmin vaxtdan, o həmişəlik Azərbaycanla öz taleyini bağlayır.
Lənkəranda ictimai konsertlər tez-tez olduğu üçün, Maqomayevın bəslədiyi əsərlər ifa edilib. Musiqiçi 1911-ci ildə Bakıya gəlib və həmin vaxt o, Azərbaycan musiqi teatrının orkestrının solisti və sonra o, həmin orkestrın dirijoru olub.
Maqomayevin birinci böyük bəslədiyi musiqi "Şah İsmayıl" operası olub. Şah İsmayıl" Azərbaycan musiqisinin inkişafında əhəmiyyətli rol oynayıb. 1935-ci ildə isə bəstəkar Azərbaycan musiqisində Avropa stilində olan "Nərgiz" operasını yaradır. Həmin il Maqomayev Azərbaycan SSR-n Əməkdar artisti adına layıq görülüb.
Aktiv bəstəkar fəaliyyətindən başqa, Maqomayev həmçinin ictimai işlər ilə məşqul olub. O, Təhsil Xalq Komissarlığının Azərbaycan şöbəsinə rəhbərlik edib, musiqi teatrının bədii rəhbəri olub və 1929-cu ildə isə Azərbaycan radio mərkəzinin musiqisində rəhbər vəzıfəsində çalışıb.
"Böyük" Müslim Maqomayev 1937-ci ildə Rusiyanın Nalçik şəhərində vəfat edib, lakin ömrünün sonuna qədər doğma şəhərinə Bakıya sadıq qalıb. Azərbaycan dövlət filarmoniyası onun adını daşıyır.
Azərbaycan dövlət filarmoniyası
Azərbaycan incəsənət tarıxındə "böyük" Müslüm Maqomayev istedadlı bəstəkar, birinci peşəkar dirijor, yorulmayan ictimai xadim, öz xalqının musiqi mədəniyyətinin inkişafı üçün çalışan insan kimi tanınıb. "Böyük" Müslim Maqomayev nəinki "Şah İsmayıl" və "Nərgiz" operasını bəsləyib, həmçinin o, onlarla simfonik əsərlərin, kinofilmlərin mahnıların və musiqinin müəllifi kimi məşhurlaşıb. Onun davamçısını nəvəsi "kiçik" Müslim Maqomayevı hesab etmək olar, çünki o da, babası kimi Azərbaycan musiqisinin inkişafına böyük dəstək olub.