Şəki Olimpiya İdman Kompleksinə ziyan dəyib

hadise
16-09-2015, 13:01 1003
Şəki Olimpiya İdman Kompleksinə ziyan dəyib Güclü külək və yağış ciddi fəsadlara yol açıb
Bu gecə səhərədək şimal-qərb bolgəsinə güclü küləklə müşayiət olunan yağiş yağıb. Təxminən bir saat davam edən qeyri-sabit hava şəraiti ciddi fəsadlara yol açıb.
ANS PRESS-in xəbərinə görə, Şəkidə bir sıra evlərə su dolub, 1000-ə yaxın iri gövdəli ağac qırılıb. Ağacların magistral yollara aşması nəticəsində nəqliyyatın hərəkətində problemlər yaranıb. Yağış suları şəhərin aşağı hissəsinə yığışdığı üçün ən çox ziyan da Şəki Olimpiya İdman Kompleksinə dəyib. Kompleksin həyəti yağış sularina qərq olub. Hazırda rayon Fövqəladə Hallar Komissiyası dəyən ziyanı hesablayır.
Ölkənin şimal bölgəsində də güclü külək və yağışlı hava olub. Burda yağışın ciddi fəsadları olmasa da enerji verlişində bəzi problemlər yaranıb. ANS PRESS-in məlumatına görə, hazırda problemlər aradan qaldırılıb.