Arıqlamaq üçün limonlu suyu necə içmək lazımdır? - QAYDALAR

maraqli
10-08-2015, 16:03 1645
Arıqlamaq üçün limonlu suyu necə içmək lazımdır? - QAYDALAR Arıqlamaq üçün tətbiq olunan olduqca çox üsul mövcuddur ki, onlardan bəziləri hətta orqanizm üçün təhlükəlidir. Ancaq faydalı və doğru olan üsullar da var ki, suyun içinə limon şirəsi əlavə edərək içilməsi də bunlardan biridir. 2008-ci ildə Sugiyama Jogakuen Universitetində (Yaponiya) bununla bağlı keçirilən bir araşdırma limonun tərkibindəki polifenolların çəki itirilməsinə yardımçı olduğunu göstərib. Baxmayaraq ki, ancaq limondan ibarət olan diyet məsləhət görülmür. Limonlu su içmək isə bədənin susuzlaşmasının qarşısını almaq üçün ən yaxşı üsul hesab olunur.
Bəs arıqlamaq üçün limonlu suyu düzgün şəkildə necə içmək lazımdır? Aile.lent.az saglamolun.az-a istinadən bunun düzgün qaydalarını təqdim edir.
1-ci addım
Fincana qaynar su tökün və ona bir xörək qaşığı təzə sıxılmış limon suyu əlavə edin. Bir fincan səhər, bir fincan axşam – yatmazdan əvvəl için. Limon suyu sidikqovucu xüsusiyyətə malikdir ki, bu da qaraciyər və böyrəklərin fəaliyyətinə müsbət təsir göstərir.
2-ci addım
Vərdiş etdiyiniz qazlı və şirin içkiləri və ya kalorili kofe kokteyllərini sərin limonlu su ilə əvəz edin. Əgər çəki itirmək istəyirsinizsə, orqanizmdə su balansının tənzimlənməsi çox vacibdir, çünki emal olunmuş içkilər orqanizm üçün olduqca zərərlidir.
3-cü addım
Bir çox dəfə istifadə oluna biləcək butulkanı su ilə doldurun, içinə bir neçə dilim limon, bir və ya iki nanə budaqcığı əlavə edin. Bütün gecəni soyuducuda saxlayın. Səhər limonu və nanə yarpaqlarını götürün və alınan turş suyu gün ərzində için.
4-cü addım
Hər yeməkdən 15-20 dəqiqə əvvəl 8 unsiya (təxminən 240 ml) limonlu su için. Bu, sizdə doyumluluq hissi yaradacaq və yemək porsiyalarının miqdarını nəzarət altında saxlamağa imkan verəcək. Bir çox insan susuzluğu aclıqla qarışdırır, bu səbəbdən də nizamlanmış su mübadiləsi sizə iştahanızı kontrol altında saxlamağa yardımçı olacaq.
Xəbərdarlıq
Heç vaxt limonlu suyu 24 saatdan artıq saxlamayın, bu, orqanizmin qeyri-sağlam yüklənməsinə gətirib çıxarar.
Faydalı məlumatlar
Limon suyunu buz üçün nəzərdə tutulmuş xüsusi formalarda dondurun və içməli suyunuza limon buzunu əlavə edin.
Bunun üçün sizə nələr lazım olacaq:
- Təzə limonlar
- İti bıçaq
- Şirəçəkən maşın
- incan
- Qaynar su
- Çox istifadə oluna biləcək su butulkası
- Təzə nanə (istəkdən asılı olaraq)
- Buz üçün forma (istəkdən asılı olaraq)