Dövlət Departamenti: ABŞ Rusiyanı bundan sonra da təcrid edəcək

dunya
16-09-2015, 10:12 806
Dövlət Departamenti: ABŞ Rusiyanı bundan sonra da təcrid edəcək Əsədi dəstəklədiyinə görə.
Rusiya Suriya lideri Bəşər Əsədi dəstəkləyərsə, ABŞ-ın onu təcrid etmək üçün müxtəlif alətləri var.
Bu barədə çərşənbə axşamı Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bəyan edib.
Jurnalistlər ondan, Ağ Evin rəsmi nümayəndəsi Coş Ernestin Rusiyanın gələcəkdə də təcrid ilə üzələşəcəyi barədə bu günlərdə səsləndirdiyi bəyanatını izah etməyi və söhbətin yeni sanksiyalardan gedib-getmədiyini dəqiqləşdirməyi xahiş ediblər.
Dernest bəyan etmişdi ki, Rusiyanın Suriyada təkbaşına, koalisiyaya qoşulmadan fəaliyyət göstərmək qərarı Əsədi dəstəkləmək kimi qiymətləndirilə və gələcək təcridə gətirib çıxara bilər.
“Bunun üçün bizim müxtəlif vasitələrimiz var”, - deyən Kirbi “gələcək sanksiyalar üçün ehtimalları” açıqlamaqdan imtina edib.