12 yaşlı uşaq intihar etdi - Ailəsi məktəb forması ala bilmədi...

hadise
15-09-2015, 14:58 956
12 yaşlı uşaq intihar etdi - Ailəsi məktəb forması ala bilmədi... Dünən İsmayıllı rayonunda intihar hadisəsi baş verib.
12 yaşlı məktəbli yeni dərs gününə bir gün qalmış özünü asaraq intihar edib.
İsmayılı Rayon Polis şöbəsinin verdiyi məlumata görə, intihar edən 2003-cü il təvəllüdlü İsmət Əsədov Qismət oğludur. O, yaşadığı evin həyətindəki anbarın çardağında özünü asıb. Hələlik intiharın səbəbi bəlli deyil, araşdırma aparılır.
Ailəni tanıyan şəxsin “Qafqazinfo”ya verdiyi məlumata görə, yeniyetmənin intihar etməsinə səbəb dərslərin açılmasına bir gün qalsa da, ailəsinin çanta və köynək ala bilməməsi olub.