Bilik günü

yazarlar
15-09-2015, 14:49 1133
Bilik günü Bir sehirli dünyamı bu,
haradayam mən hardayam
ana ana söylə niyə?
bu işıqlı otaqdayam,

-ana ana orda duran,
gülərüzlü xala kimdir?
ay allah mən buna qurban
-bu ağıllı bala kimdi?

-mənim oğlumdu, müəllim
-nə gözəl allah saxlasın.
-tək umudumdu, müəllim
-bura gəl,allah saxlasın

-sənin adın nədi bala?
-dinlənsənə gözəl balam.
-adımı neynirsən xala?
axx ay mənim tənbəl balam.

-ehh bağışlayın, müəllim,
yavaş-yavaş öyrənəcək.
-verəcəyik ona təlim,
başqasına öyrədəcək.

dərs boyu dinlədim onu
belə belə yaşa doldum
yetişdi onun da sonu
o gülərüz müəllimdən
həmin o isti məktəbdən
ayrılaraq məzun oldum