Qara qızılın qiyməti ilə bağlı proqnozlar özünü doğruldur

iqtisadiyyat
15-09-2015, 12:34 1046
Qara qızılın qiyməti ilə bağlı proqnozlar özünü doğruldur "Brent"neftinin bir barrelinin qiyməti 1,4 dollar ucuzlaşaraq 46,36 dollar təşkil edib.
Bu gün dünya bazarında neftin qiyməti təxminən 1,8 faiz ucuzlaşıb.
ANS PRESS-in məlumatına görə, Londonun İCE ("İnterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti 1,4 dollar ucuzlaşaraq 46,36 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Light" markalı neftin bir barrelinin qiyməti isə təxminən 0,7 faiz azalaraq 44,25 dollar təşkil edib.
London birjasında "Light" neftinin qiyməti
Neft qiymətindəki bu dəyişikliklər dünyanın ən qabaqcıl investisiya banklarından biri olan "Goldman Sachs"ın neftin qiyməti ilə bağlı proqnozlarını aşağı salmasına səbəb olub.
Bank "Brent" markalı neftin bu il üçün orta qiymətini 58,2 dollar/barreldən 53,7 dollar/barrelə qədər azaldıb. Gələn il üzrə proqnozu isə 62 dollar/barreldən 49,5 dollar/barrelə endirib.