Azərbaycanlı polisi 400 minə satın ala bilmədi
maraqli
15-09-2015, 10:35
983
Belarusda.
Belarusun paytaxtı Minskin Sovetski rayon Daxili işlər idarəsinin iqtisadi cinayətlərlə mübarizə şöbəsinin əməkdaşları tərəfindən Minsk milisinə rüşvət verməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb.
Realfakt.Az belarus KİV-ə istinadən xəbər verir ki, sərxoş vəziyyətdə olan və küçəni icazə olmayan yerdə keçən kişi yol hərəkəti qaydalarını pozub.
Ona qarşı Belaruisya Respublikasının İnzibati hüquq məcəlləsinin 18.23 maddəsi (“Yol hərəkəti qaydalarının piyada və ya yol hərəkətinin digər iştirakçıları tərəfindən pozulması və yaxud da yoxlamadan imtina”) üzrə inzibati qayda pozuntusu haqqında protokol tərtib edilib.
Lakin məsuliyyətdən yayınmaq üçün kişi hüquq mühafizə orqanı əməkdaşına 400 000 belarus rublu məbləğində rüşvət təklif edib, və bu səbbədən də Minskin Sovetski rayon Daxili işlər idarəsinin iqtisadi cinayətlərlə mübarizə şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Hal-hazırda Minsk şəhərinin Sovetski rayonu üzrə istintaq Komitəsi tərəfindən həmyerlimizə qarşı Belarus Respublikasının Cinayət Məcəlləsinin m. 431, b.1. (rüşvət vermə) üzrə cinayət işi açılıb.
Onu beş ilədək həbs cəzası gözləyir.