Boksçumuz dünya birinciliyində çempion oldu

idman
15-09-2015, 09:31 902
Boksçumuz dünya birinciliyində çempion oldu Abdullayev qələbəsini rəqslə qeyd etdi
Boksçumuz Məhəmməd Abdullayev yarışlarda birinci yerin, Orxan Həsənov isə üçüncü yerin sahibi oldular.
ANS PRESS-in məlumatına görə, boks üzrə yeniyetmələr arasında dünya birinciliyi Rusiyanın Sankt-Peterburq şəhərində keçirilib. Bu yarışmada ölkəmiz 12 boksçu ilə təmsil olunub. Milli komandanın üzvü Məhəmməd Abdullayev +80 kq çəkidə mübarizə aparıb. Yarımfinalda gərgin mübarizədə yerli boksçu - Dmitri Fomini 2:1 hesabı ilə məğlub edib. Finalda isə Abdullayev rəqibi almaniyalı Daniel Malsamı 3:0 hesabı ilə məğlub edib. Nəticədə bütün rəqiblərindən güclü çıxaraq birinci yerin sahibi olub. Qəbəsini isə Abdullayev rinqdə rəqs etməklə qeyd edib.
Digər boksçumuz Orxan Həsənov (54 kq) yarımfinalda ABŞ boksçusu Mark Kastroya uduzaraq bürünc medal qazanıb.Nəticədə Məhəmməd Abdulayev qızıl, Orxan Həsənov isə bürünc medal qazanıb. Millimiz qeyri-rəsmi komanda hesabında 7-ci yeri tutub.