Şəhidlər Xiyabanı ərazisində piyada vuruldu

hadise
15-09-2015, 09:25 985
Şəhidlər Xiyabanı ərazisində piyada vuruldu Sürücünün şəxsiyyəti məlum deyil.
Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Lənkəran şəhərinin Şəhidlər Xiyabanı ərazisində qeydə alınıb.
Hələlik şəxsiyyəti məlum olmayan sürücünün idarə etdiyi “VAZ-21099” markalı, 42 BL 381 dövlət nömrə nişanlı minik avtomobili yolu keçmək istəyən piyadanı vurub. avtomobilin zərbəsinə məruz qalan Lənkəran şəhər sakini, 53 yaşlı Zahid Zakir oğlu Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı başının təpə nahiyəsinin kəsilmiş-deşilmiş yarası və sağ çiyninin yerindən çıxması diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Həkimlər tərəfindən göstərilmiş müvviq tibbi tədbirlərdən sonra onun vəziyyətinin stabil olduğu bildirilr.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.