Britni Spirs Demi Murun Sevgilisi ilə görüşür

sou
14-09-2015, 21:40 1107
Britni Spirs Demi Murun Sevgilisi ilə görüşür Kaliforniyada cütlük bir birlərindən göz çəkməyiblər.
Məşhur müğənni Britni Spirs yeni eşq macərası yaşayır.
ANS PRESS-in məlumatına görə, atasının qadağalarına baxmayaraq, Britni Spirs restoran sahibi Harri Morton ilə görüşür. Keçmişdə Harri Morton tanınmış aktrisalar Lindsey Lohan və Demi Murla eşq macərası yaşayıb.
Harri Morton və Britni Spirsin Kaliforniya ştatında baş tutan görüşü paparazilərin kameralarına tuş gəlib. Cütlük kənar adamlara fikir verməyiblər və bir birlərindən göz çəkməyiblər. 34 yaşlı Harri Morton ABŞ-ın məşhur "Morton Steak House" restoranlar şəbəkəsinin banisi olan Arni Mortonun nəvəsidir.
Şəxsi həyatına da vaxt tapan Britni Spirs qalan boş vaxtını uşaqları ilə keçirməyə çalışır . Mügənni 2004-ci ildə rəqqas Kevin Federlayn ilə ailə həyatı qurub. Həmin nikahdan mügənninin Şon Preston və Ceyden Ceyms adlı 2 oğlu dünyaya gəlib. Lakin nikah uzun sürməyib və 2007-ci ildə cütlük qalmaqalla ayrılıb.
Spirsin həmin illər narkotik vasitələr istifadə etdiyi üçün, məhkəmə onu ana hüquqlarından məhrum edib. 3 ildən sonra müğənni məhkəmə prosessi ilə uşaqları üzərində hüquqlarını bərpa edə bilib.
Daha əvvəl müğənni prodyusser Çarli Ebersolla görüşüb, lakin cütlük bu ilin iyun ayında ayrılıb. Britni Spirs Demi Murun Sevgilisi ilə görüşür