» » `Benzinin ucuzlaşması gündəmdə deyil`- Rövnəq Abdullayev


`Benzinin ucuzlaşması gündəmdə deyil`- Rövnəq Abdullayev

14-09-2015, 14:48
Oxunub: 603
Çap et
`Benzinin ucuzlaşması gündəmdə deyil`- Rövnəq Abdullayev Azərbaycanda benzinin qiyməti neftin 60-62 dollar qiyməti əsasında hesablanıb. Mən əvvəl də demişəm, indi də deyirəm ki, neftin qiymətinin Azərbaycandakı benzinin qiymətinə heç bir təsiri yoxdur. Bunlar bir-birinə bağlı deyil. Bu qiymətləri Tarif Şurası tənzimləyir`.
Bu barədə jurnalistlərə açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib. O, qeyd edib ki, dünya bazarında neftin qiymətinin düşməsi benzinin qiyməti ilə heç bir bağlılığı yoxdur və hazırda ölkədə benzinin ucuzlaşması və ya bahalaşması məsələsi gündəmdə deyil.
R. Abdullayevin sözlərinə görə, ölkəyə xaricdən gətirilən Aİ-95 və Aİ-98 markalı benzinin həcmi olduqca azdır. "Bu rəqəm o qədər azdır ki, 7 ay bundan öncə ölkəyə gətirilən 25 min ton Aİ-95 markalı benzin indiyə qədər satılmayıb. Aİ-95 markalı benzini biz özümüz istehsal edəndə ildə 150 min ton benzin satırdıq. Biz bu növ yanacağın istehsalını saxlayıb xaricdən gətirməyə başlayanda, hər kəs Aİ-92 benzinini istifadə etməyə başladı.
Bu gün Aİ-95 markalı benzinin istifadəsi ildə 25 min ton səviyyəsinə gəlib çıxıb. Bu yanacağın istehlakı 4 dəfə azalıb və bu onu göstərir ki, insanlar artıq Aİ-95 benzinin istehlak etmirlər".
Reytinq: