Milli Məclisin spikeri: "Avropa Azərbaycana böhtan atır"

siyaset
14-09-2015, 14:34 844
Milli Məclisin spikeri: "Avropa Azərbaycana böhtan atır" Oqtay Əsədov Avropa Parlamentində Azərbaycana qarşı qəbul edilən qətnaməni şərh edib.
Sentyabrın 10-da Avropa Parlamentində keçirilən iclasda Azərbaycana qarşı növbəti siyasi aksiya təşkil olunub, ölkəyə şər və böhtan atılıb.
Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən növbədənkənar plenar iclasında bildirib.
Həmin iclası vitse-spikerlər Ziyafət Əsgərov və Valeh Ələsgərovla birgə izləyən Oqtay Əsədov Avropa Parlamentinin bu qətnaməsini tam qərəzli və saxta hesab etdiyini bildirib.
"Bu qurumun iclasında əvvəllər 50-60 nəfər güclə iştirak edirdi. Bu dəfə məqsədli 600-dən yuxarı deputat toplamışdılar. Son iki ildə Avropa Parlamentində Azərbaycana qarşı bir çox qərəzli sənəd qəbul olunub. Biz çox vaxt dinmirdik, amma artıq susmaq olmur. Avropa bu dəfə bütün davranış qaydalarını pozdu”.
Oqtay Əsədov - Milli Məclisin spikeri
Spikerin sözlərinə görə, bu qətnamənin qəbul edilməsinin əsas hədəflərindən biri Azərbaycanı Avropadan təcrid etmək, öklənin imicinə xələl gətirmək və Dağlıq Qarabağ məsələsində Azərbaycana hansısa şərtlər qəbul etdirməkdir
Azərbaycanın Avropa ilə əməkdaşlıqda keçdiyi yolu, Avronest səviyyəsində xidmətlərini xatırladan cənab Əsədov bildirib ki, Milli Məclis bu günkü iclasda Nazirlər Kabinetinə tövsiyə edəcək ki, Azərbaycanın Avronestlə əməkdaşlığına yenidən baxsın.
Sentyabrın 10-da Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul edib. Qətnamənin mətninə görə Xədicə İsmayıl və Yunus cütlüyünü mühakimə edən hakimlər, rəsmilər və siyasətçilərə qarşı sanksiya məsələsinə baxılması nəzərdə tutulur.